Təhsil Nazirliyi təhsil müəssisələrində tətilin mayın 1-dən uzadılması barədə sosial şəbəkələrdə yayılan xəbərlərə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov yayılan xəbərlərin həqiqətə uyğun olmadığını açıqlayıb.
"Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır. Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir. Xahiş edirik, rəsmi xəbərlərə istinad edin", - deyə bildirilib.