"Daşkəsən Filizsaflaşdırma" ASC "Azərbaycan Polad İstehsali Kompleksi" QSC-nin strukturuna daxil olduqdan sonra istehsalat prosesi yenidən başlayıb.
Müəssisədə istehsalın yüksək səviyyədə həyata keçirilməsi üçün bir neçə istiqamətdə işlərə start verilib. Müəssisə yeni texnika və avadanlıqlarla təchiz edilir. Bu günlərdə yeni “BeLaz” markalı karxana maşınlarının gətirilməsi müəssisədə istehsal onunan məhsulun həcminin artırılmasına şərait yaradıb.
Məlumat üçün bildirək ki, “BelAZ-75131” Azərbaycanda ən iri yükünü özüboşaldan maşın olacaq. İndiyədək
Azərbaycanda belə iritutumlu yük maşını olmayıb.
Xatırladaq ki, əlaqəli müqavilə 27 iyun 2014-cü il tarixində “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin struktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma” ASC ilə Belarus Respublikasının “BelAZ” ASC-nin “İrridio Motors” lizinq şirkəti arasında imzalanıb.
Müqaviləyə əsasən, “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC 12 ədəd yeni “BelAZ” markalı karyer yük avtomobili gətirib. “Daşkəsən Filizsaflaşdırma”ya gətirilən avtomaşınlardan yükgötürmə qabiliyyəti 45 ton olan10 ədəd “BelAZ-7547”, iki ədədi isə yükgötürmə qabiliyyəti 140 ton olan “BelAZ-75131” markalı avtomaşındır.
Avtomaşınlar Daşkəsən rayonu ərazisində dəmir filizi hasilatında istifadə edilir ki, bu da bu günkü istehsal həcmi ilə məhsulun maya dəyərini 23 faiz aşağı salmağa imkan yaradır.