20 Mart 2020 01:36
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin epidemiya ilə mübarizəsi zamanı Azərbaycan hökuməti və xalqı Çin ilə qətiyyətlə birgə oldu və müxtəlif yollarla önəmli dəstək verdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasının Sədri cənab Si Szinpinə başsağlığı və dəstək məktubu ünvanladı, Çinin epidemiyanın qarşısının alınması istiqamətində səylərini çox yüksək qiymətləndirdi.

Teleqraf.com xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Quo Min Trend-ə müsahibəsində bildirib.

"Azərbaycanın yerli orqanları və ictimai təşkilatları Çinə tibbi maskalar və əlcəklər kimi təcili ehtiyac duyulan materiallar bağışladılar. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin çəkdiyi "Uhana dəstək! Çinə dəstək" adlı tanıtım filmi çətin zamanda Azərbaycan ilə Çin arasındakı dostluq münasibətlərini təcəssüm etdirir.

Çinin vəziyyəti yaxşılaşdıqca və eyni zamanda, qlobal epidemiya vəziyyətinin getdikcə ağırlaşdığı bir şəraitdə Çin tərəfi öz ölkəsində epidemiya vəziyyətinin qarşısının alınması istiqamətində yaxşı iş görərkən, həm də epidemiya ilə mübarizədə Azərbaycana kömək göstərir. Martın əvvəlində Çin Xarici İşlər Nazirliyi və Çin Milli Səhiyyə və Sağlamlıq Komissiyası Avrasiya ölkələri ilə çoxtərəfli videokonfranslar keçirdi, yeni koronavirusun qarşısının alınması və nəzarət təcrübəsi, müxtəlif ölkələrin mütəxəssisləri ilə, o cümlədən Azərbaycanla da mübadilə edildi və yaxşı nəticələr əldə olundu. Çin Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin mütəxəssisləri və baş epidemioloqları Çinin yeni növ koronavirus epidemiya vəziyyətinin inkişafı haqqında vəziyyəti bütün ölkələrə təqdim etdilər və qarşısının alınması və nəzarət təcrübələrini bölüşdülər. Xüsusilə Çin Azərbaycandan olan mütəxəssislər üçün xüsusi profilaktika və nəzarət tədbirləri və klinik müalicə planları haqqında dərin mübadilə aparmaq üçün ikitərəfli videobağlantılar təşkil etdi. Çin Azərbaycana dəstək göstərməyə, epidemiya ilə mübarizə təcrübəsini bölüşməyə və çətinliklərin öhdəsindən gəlmək üçün Azərbaycanla birlikdə çalışmağa hazırdır", - səfir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər