Koronavirus pandemiyasına görə İtaliya, Türkiyə və digər ölkələrdən təxliyə olunan vətəndaşlar, əsasən də tələbələr karantində onlara xidmət edən dövlət qurumlarının əməkdaşlarına fərqli formada təşəkkürlərini bildiriblər.
Teleqraf.com xəbər verir ki, onlar müxtəlif kağızlara təşəkkür qeydi yazaraq “görünməyənqəhrəmanlar” həştəqi ilə heyətə öz minnətdarlıqlarını çatdırıblar.
Xidmət heyəti xüsusi tibbi geyimdə olduqları üçün onların üzünü görmək, tanımaq mümkün deyil. Buna görə də karantində qalan vətəndaşlar həmin şəxsləri görünməyən qəhrəman adlandırırlar.
Sözügedən gözəgörünməz qəhrəmanlar isə əsasən, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, TƏBİB-in əməkdaşlarıdır.
Qeyd edək ki, xaricdən təxliyə olunan vətəndaşlar müxtəlif otellərdə yerləşdiriliblər.