Son 24 saatda koronavirusa yoluxma faktlarının 85%-i Avropa və ABŞ-da qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü məlumat verib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 392 169-a çatıb. Bunların 102 850 nəfəri sağalıb, 17 146 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.