2 Aprel 12:04
535

"Kantin rejiminin tələblərinə görə vətəndaşlara yalnız zəruri hallarda evdən çıxmağa icazə verilib. Vətəndaşların evdən çıxmalarını əsaslandırılması üçün işlər hazırlanlb"

Teleqraf.com xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib: "Vətəndaşlar evdən çıxmazdan əvvəl elektron nömrəyə zəng edərək xəbər verəcək, evdən çıxma səbəblərini bildirəcəklər. Küçədə isə polis əməkdaşlarına şəxsiyyət vəsiqələrini təqdim edəcək, polis elektron sistemdə onun kimliyini müəyyənləşdirəcək.

Əgər vətəndaş evdən səbəbsiz çıxıbsa, bu, karantin qaydalarının pozulması kimi qiymətləndiriləcək".

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə deyib ki, hazırda bu sənəd üzərində işlənir və yaxın zamanda təqdim olunacaq.


Müəllif: Teleqraf.com