"Mətbuat nümayəndələrinin hərəkətinə məhdudiyyət yoxdur".
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib: "Lakin onlar da ölkə daxilində hərəkət qaydalarına riayət etməlidirlər. Onlara Bakı-Sumqayıt və Abşeron ərazisində fəaliyyət sərbəstdir".
DİN Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Əziz Bəqişev isə deyib ki, karantin rejimi qaydalarına əsasən hər kəsin üzərində şəxsiyyət vəsiqəsi və iş yerindən sənədi olmalıdır:
"Hər kəs xidmət etdiyi yerin vəsiqəsini və ya arayışını təsdiq etməklə sərbəst hərəkət edə bilərlər. Əlavə arayışa ehtiyac yoxdur. Bu qayda birinci kateqoriyaya daxil olan xidmət orqanlarına aiddir".