2 Aprel 2020 13:33
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son zamanlar ayrı-ayrı vətəndaşlar tərəfindən həqiqətə uyğun olmayan məlumatlar yayılır. Belə hərəkətlərin qarşısı polis orqanları tərəfindən alınır".

Teleqraf.com xəbər verir ki, bunu DİN Baş ictimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Bəqişev deyib:

"Yalan məlumat yaymaqla bağlı karantin rejimi tətbiq olunandan bu günə qədər 10 nəfər inzibati qaydada məsuliyyətə cəlb olunub, 17 nəfər cərimə edilib, 110 nəfərə xəbərdarlıq edilib.

Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara inansınlar, dezinformasiyalar yaymasınlar".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, dezinformasiya yayanlar arasında KİV nümayəndələri də yer alır: "Saxta sənədlərin ayırd etmək üçün Nazirlər Kabinetinin saytına daxil olmaq kifayətdir.

Mətbuat nümayəndələri dezinformasiyaları işlədikləri qurumlarda deyil sosial şəbəkələrdə yayırlar".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər