29 Sentyabr 2014 17:53
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Məclisin payız sessiyasının iş planına “Elm haqqında” qanun layihəsi də daxildir. Artıq layihənin ilkin variantı hazırdır”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri YAP-ın saytına Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev deyib.

A.Hacıyev bildirib ki, payız sessiyasında sənədin müzakirəyə çıxarılması nəzərdə tutulur. Onun sözlərinə görə, ölkənin elm ictimaiyyəti bu qanunun qəbulunu gözləyir:

“Təbii ki, layihə AMEA-da da müzakirə olunacaq. Bu elə bir sənəddir ki, geniş müzakirə edilməlidir. Yəqin müzakirələrin gedişində qanun layihəsinə müxtəlif təkliflər də veriləcək. Ümumiyyətlə, elm və təhsil bir-biri ilə sıx əlaqədardır. Elə bir ailə yoxdur ki, bu sahələrlə bağlılığı olmasın. Ona görə də bu, çox vacib sənəddir. Bilirsiniz ki, elmin inkişafı konsepsiyası qəbul olunub. Bunun ardınca, qanun layihəsinin qəbul edilməsi də yaxşı olardı. Artıq “Elm haqqında” qanun layihəsinin qəbul edilməsinin vaxtı yetişib. Bu mənada ümid edirəm ki, layihə payız sessiyasının müzakirəsinə çıxarılacaq”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər