8 Aprel 2020 17:26
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda koronavirus epidemiyası sahəsində profilaktika, diaqnostika və müalicə istiqamətini tənzimləyən TƏBİB fəaliyyət göstərir. Ölkənin bütün regionlarında, gömrük-keçid məntəqələrinin yaxınlıqlığında karantin xəstəxanaları yaradılıb".

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib:

"Karantin müəssisələrində fəaliyyət göstərən tibb işçilərinə təşəkkür edirəm. Bu sahədə fəaliyyətimiz 14-21 günlük karantin rejiminə əməl edib, xəstələrin müayinələrini təşkil etməkdən ibarətdir".

Ramin Bayramlı bildirib ki, karantin rejiminə bəzən vətəndaşlar əməl etmirlər: "Dəfələrlə vurğulamışıq ki, karantin qaydalarına əməl etmək vacibdir. Diaqnostikanın həm profilaktik, həm də müalicəvi məqsədi var. Laboratoriyalarımızın sayı 15-ə yaxınlaşır. Bu laboratoriyalar testlərlə təmin ediləcək. Gün ərzində 3 min testlə təmin edirik, yaxın günlərdə bu say 5 minə çatacaq".

Qurum rəsmisi qeyd edib ki, testlərlə bağlı xüsusi logistika proqramı hazırlanıb: "Respublika ərazisində olan tibb müəssisələri gərgin şəraitdə fəaliyyət göstərir. Çağırış zamanı dərhal evlərə gedilir. Pozitiv hallar ayırd edilənədək şəxslər evdə izolyasiya edilir.

Tibb işçiləri üçün müvəqqəti rəhbərlik kitabçası hazırlanıb, özəl və dövlət müəssələrini paylanıb".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər