Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Gündəliyə altı məsələ daxil edilib.
Gündəliyin birinci məsələsi - Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi haqqındadır.
Teleqraf.com xəbər verir ki, sonra Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək. Karantin rejimi ilə əlaqədar olaraq Baş Nazir Əli Əsədovun plenar iclasda videohesabat verəcək.
İclasın gündəliyində olan digər 4 məsələ aşağıdakılardır:
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixi 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə (ikinci oxunuş).
"Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş).
"Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş).
Yaşı 65 və ondan yuxarı olan deputatlardan isə xahiş edilib ki, karantin rejiminin qaydalarına əməl etsinlər.