10 Aprel 2020 00:25
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Ələt yolunda iş adamı Rəmzi Şükürov karantin qaydalarını pozaraq, polisin qanuni tələbinə tabe olmamış, idarə etdiyi “Mersedes” markalı avtomobillə yol qurğularını qırmış və ərazidən qaçıb.

Axar.az xəbər verir ki, iş adamının həm də “Tikinti kralı” Əvəz Şükürovun oğlu olduğu, həmçinin Milli Məclis Aparatında çalışdığı üzə çıxmışdı.

İnsidentdən sonra Milli Məclisin Aparat rəhbəri onun işdən uzaqlaşdırılması ilə bağlı əmr imzalayıb.

Xatırladaq ki, R.Şükürovun özünün sabiq MTN generalı Akif Çovdarovun oğlu, atası Əvəz Şükürovun isə sabiq səhiyyə naziri Əli İnsanovla məxsusi əlaqələri və ortaqlıqları olması barədə məlumat da yayılıb.

R.Şükürovun fotolarını təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər