30 Sentyabr 2014 13:21
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı beynəlxalq təşkilatlara etiraz edib.

Teleqraf.com-un xəbərinə görə, millət vəkili bildirib ki, ləyaqət məsələsi olan ərazi məsələsində ədalətli mövqe tutmayan beynəlxalq təşkilatlar indi guya insan haqları məsələsində ədalətli mövqe tutur: “Əminəm ki, həbsdə olanların bəzilərinə yüksək mükafatlar veriləcək, sonra isə yeni kampaniyaya başlayacaqlar”.

Q.Həsənquliyev əlavə edib ki, beynəlxalq təşkilatlarla qarşıdurmaya getmək lazım deyil:
“Beş-altı nəfərə görə bu qurumlarla açıq müstəvidə qarşıdurmaya getməyə dəyməz. Fikrimcə, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları da düşünməlidir. Ona görə də ölkə rəhbərliyi həbs qətimkan tədbirlərini dəyişdirməli və məhkəməyə qədər gözləməliyik. Biz acı reallıqları görürük, biz böyük ölkə deyilik”.

Vitse spiker Bahar Muradova isə deyib ki, söhbət beş-altı nəfərdən getmir: “Məsələ bunda deyil. Həmin qurumlarda fəaliyyət göstərən zərərli qüvvələr bundan istifadə edirlər. QHT-lər bəzən onların əlində vasitə olurlar. QHT-lər normal fəaliyyət göstərməli, şəffaf olmalı və qanunlara riayət etməlidir. Biz QHT-lərin xarici təşkilatlara vasitə olmasına qarşıyıq və buna dözmürük”.

AVP sədri Fəzail Ağamalı isə təklif edib ki, Avropa Parlamenti ilə əməkdaşlıq dayandırılsın.

Nemət


Müəllif:

Oxşar xəbərlər