Gürcüstanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanla sərhəd məsələsində təxribatların qarşısının alınması və vəziyyətin sabitləşdirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Bu barədə Gürcüstan DTX-nin illik hesabatında bildirilib.
Qeyd olunub ki, DTX Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyası Komissiyasının işində iştirak edir: “Bu format iki ölkə arasında məsələnin yoluna qoyulması üçün qanuni formatdır. Təhlükələri minimallaşdırmaq üçün danışıqlar prosesinə cəlb olunan dövlət qurumlarına müvafiq tövsiyələr təqdim edilib. Eyni zamanda, DTX-nın regional bölmələri müvafiq qurumlarla koordinasiya şəklində sərhədboyu rayondakı vəziyyətə daim nəzarət həyata keçirir və müvafiq operativ dəstək göstərir”./Report/