1 Oktyabr 2014 09:20
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın məşhur idman qəzeti “La Gazzetta dello Sport” Azərbaycanın “Qarabağ” futbol klubu ilə bağlı yazı dərc edib.

Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, “Qarabağ” - ruhlar şəhərinin komandası” sərlövhəli yazıda klubun fəaliyyəti ilə bağlı ətraflı məlumat verilir.

Qeyd olunur ki, Ermənistanın Ağdamın böyük hissəsini işğal etməsindən sonra komanda ev oyunlarını Bakıda keçirməli olub. “Qarabağ” doğma məkanda son matçını 1993-cü ilin mayın 9-da “Xəzər”ə qarşı keçirib.


Müəllif klubun yaranma tarixi, keçmiş və hazırkı oyunçuları, əldə etdiyi nailiyyətlər barədə də oxuculara ətraflı məlumatlandırıb.


Müəllif:

Oxşar xəbərlər