1 Oktyabr 2014 10:03
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc fəal Bəxtiyar Hacıyev NİDA gənclərinin Prezidentə müraciətinə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, B.Hacıyev özünün Facebook səhifəsində qeyd edib ki, NİDA-çıların müraciətini təqdir edir: “Düz edib yazıblar. Hətta bir az gecikiblər. Onların həbsdə daha artıq qalması nə cəmiyyətə, nə ailələrinə, nə də xalqa əlavə bir xeyir vermirdi, əksinə, bir xeyli resursu məşğul edirdi.Onları qınamağa çalışanlar bir dəfə düşünsünlər ki, Penitensiar Xidmətin avtomobillərində daşınanda kiçik pəncərədən şəhərə baxırlar və insanların öz həyatlarını necə davam etdirdiklərini görürlər. Həbsdə olmadan onları qınamağa heç kimin mənəvi haqqı yoxdur. Onlar xeyli gözlədilər. Biz onları azadlığa çıxara bilmədik. Etiraf edək ki, arada Facebook-da 1-2 status yazmaqdan, məhkəməyə getməkdən, ailələrinə dəstək olmaqdan başqa böyük bir iş görə bilmədik, əksinə, hamımız öz həyatımızı yaşadıq, toyda, partidə əyləndik. Azadlıqda yaşamaq onların da haqqıdır, özü də həyatlarının ən gözəl vaxtlarında”.

B.Hacıyev özünün də bir zamanlar həbsdə olduğunu və ölkə başçısına müraciət etdiyini xatırladıb:

“Bənzər, hətta bir xeyli daha korrekt mətnlə mən də prezidentə müraciət edib azadlığa çıxmışdım. Maraqlıdır ki, o zaman məni qınamağa çalışanların əksəriyyəti NİDA-dan idi. O vaxt demişdim ki, insanları qınamaq asandır, anlamaq çətin, anlamağa çalışın. İndi yenə eyni sözləri deyirəm, insan itirmək asandır, qazanmaq çətin. İnsan qazanmağa çalışmaq lazımdır. İnsanları danlamaq asandır, anlamaq çətin. İnsanları anlamağa çalışmalıyıq. Tezliklə dostları azadlıqda görəcəyimə inanıram”.

Qeyd edək ki, dünən NİDA Hərəkatının üzvləri Rəşadət Axundov Rəşad Həsənov Zaur Qurbanlı Üzeyir Məmmədli Məmməd Əzizov İlkin Rüstəmzadə ölkə başçısına müraciət edib.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər