Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.
Görüşdə Azərbaycan ilə İSESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu, əlaqələrimizin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminlik bildirildi.
Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışıldı, xalqlararası əlaqələrin və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi baxımından Forumun önəmi vurğulandı.