1 Oktyabr 2014 17:59
2 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Goranboyda ailə münaqişəsi zəmnində dəhşətli qətliam baş verib.

Qanlı hadisə zamanı biri azyaşlı olmaqla 7 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Bu dəfə mübahisənin qurbanı günahsız insanlar olub. Hadisə ötən gecə səhər saatlarında Goranboy rayonu Səfikürd kəndində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngi və əl qumbarası istif ilə silahlanaraq qaynanasının evinə gəlib. Həyat yoldaşını, qaynanasını, qaynını və onların ailə üzvülərini qətlə yetirib. Qətlə yetirilənlər aşağıdakılardır:

1. 63 yaşlı il təvəllüdlü Ofelya İsa qızı Məmmədova,

2. 56 yaşlı Diləzbər Alı qızı Məmmədova,

3. 51 yaşlı Həvayət Xanlar qızı Məmmədova,

4. 31 yaşlı Fərqanə Allahyar qızı Məmmədova,

5. 30 yaşlı Südabə Allahyar qızı Hüseynova,

6. 25 yaşlı Namiq Allahyar oğlu Məmmədov

7. 3 yaşlı İsa Elvin oğlu Məmmədovdur.

Bildirilib ki, kürəkənin qaynanasının evinə etdiyi silahlı basqın zamanı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bunlar 28 yaşlı Natiq Məmmədov və 26 yaşlı Günel Məmmədovadır.

Hadisəni törətdikdən sonra Rafiq Hüseynov odlu silahını da götürərək, Goranboy Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Baş vermiş qanlı olayla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 -cü maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır. Hadisənin dəqiq hansı səbəblərdən baş verməsi isə aparılan istintaq zamanı müəyyən ediləcək.

Teleqraf.com-un əməkdaşı hadisənin baş verdiyi ünvanda olub. Onun hazırladığı videomaterialı və fotoları təqdim edirik.

Daşqın Abdullayev


Müəllif:

Oxşar xəbərlər