3 Oktyabr 2014 11:17
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumu çərçivəsində bu gün “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” adlı dəyirmi masa öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, dəyirmi masada radiasiya, nano və bionanotexnologiyaların konvergensiyası, transqressiyanın azaldılması üçün nüvə və bərpa olunan enerjilərin konvergensiyası, nüvə texnologiyaları və istilik-nüvə energetikası məsələləri müzakirə olunur.

Dəyirmi masanı Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə açıb. O, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd edib. Forumun beynəlxalq miqyasda nüfuz qazandığını bildirib. A.Əlizadə Humanitar Forumun bәşәri dәyәrlәrin qorunması, elmi tәcrübә ilә mübadilә vә digәr sahәlәrdә fikir mübadilәsi baxımından vacib tәdbir olduğunu vurğulayıb. O bildirib ki, elm dünyanın inkişafında mühüm rol oynayır. "Lakin eyni zamanda elmi nailiyyәtlәrdәn silah yaratmaq üçün istifadә olunmasına cәhdlәr var. Elm yalnız sülhә xidmәt etmәlidir vә humanitar forumun әsas mәqsәdlәrindәn biri dә bu istiqamәtdә müzakirәlәr aparmaqdır", -deyә o vurğulayıb.

Tokio Kənd Təsərrüfatı və Texnologiyalar Universitetinin əməkdaşı Katsyaki Sato ölkəsində Fukisima Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra Yaponiyada bərpa olunan enerjinin tədqiqiatı və inkişafı mövzusunda çıxış edib. Yaponiyalı alim sözügüedən təbii fəlakətdən sonra əhalinin və dövlətin enerjiyə daha qənaətlə yanaşdığını bildirib. O qeyd edib ki, Fukisima fəlakətindən sonra alimlər insanların etibarını itiriblər: “Fukisima fəlakətini qabaqcadan xəbər vermək olardımı? Bəli, mən deyirəm ki, olardı”.

K.Sato hazırda bütün dünyada istehsal olunan elektrik enerjisinin 15 faizinin atom Atom Elektrik Stansiyalarının payına düşdüyünü vurğulayıb. Yaponiyalı alim dünyada yeni Atom Elektrik Stansiyalarını yaranmasının əleyinə olduğunu da vurğulayıb.

Hazırda tədbir Beynəlxalq Atom Enerjisi Təşkilatı – MAQATE-nin təmsilçisi İvan Vedenoviçin çıxışı ilə davam edir.

Qeyd edək ki, konfransda dünyanın müxtəlif ölkələrindən alimlər iştirak edir. Azərbaycandan konfransa qatılanlar arasında AMEA-nın Mexanika və Riyaziyyat İnstitunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov da var.

Səxavət


Müəllif: