3 Oktyabr 2014 13:02
580

“Nüvә enerjisindәn istifadә edәcәk ölkәlәrin sayı 55-ә çatacaq”

Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forum çərçivəsində düzənlənən “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” adlı dəyirmi masada Beynəlxalq Atom Enerjisi Təşkilatı – MAQATE-nin təmsilçisi İvan Videnoviç çıxış edib.

Teleqraf.com-un məlumatına görə, MAQATE tәmsilçisi tәşkilatın nüvә enerjisi sahәsindә üzv ölkәlәrlә әmәkdaşlığından bәhs edib. Onun sözlәrinә görә, son onilliklərdə yaşanan nüvә enerjisi intibahı 11 mart 2011-ci ildə Yaponiyada - Fukisima AES-dә baş verәn qәzadan sonra bir qәdәr zәiflәsә dә, nüvә reaktoru yaratmaq istәyәn ölkәlәrin sayı ildən ilə artır. İ.Videnoviç bildirib ki, yaxın gәlәcәkdә nüvә enerjisindәn istifadә edәcәk ölkәlәrin sayı 55-ә çatacaq. O, eyni zamanda vurğulayıb ki, nüvә enerjisindәn istifadә böyük mәsuliyyәt tәlәb edir vә agentlik bu istiqamәtdә dә ölkәlәrlә iş aparır.

Daha sonra Polşa Geologiya Elmləri İnstitutunun və AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı Dinara Abbasova “Mədəni irsin öyrənilməsində nüvə texnologiyalarının tətbiqi” mövzusunda çıxış edib.

Hazırda tədbir Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin təmsilçisi Vüqar Hüseynovun “Azərbaycanda radiasiya və nüvə təhlükəsizliyinə nəzarət sistemi” mövzusunda çıxışı ilə davam edir.

Qeyd edək ki, dəyirmi masada radiasiya, nano və bionanotexnologiyaların konvergensiyası, transqressiyanın azaldılması üçün nüvə və bərpa olunan enerjilərin konvergensiyası, nüvə texnologiyaları və istilik-nüvə energetikası məsələləri müzakirə olunur.

Səxavət


Müəllif: