4 İyun 2020 00:06
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinə iyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində - “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar daxil olub.

DSX-dan Teleqraf.com-a bildirilib ki, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər