Qəbələdə və Şəkidə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akadmeiyasının (AMEA) Respublika Seysmoloji mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 09:59:33-də Qəbələdən 14 km şimali-şərqdə zəlzələ qeydə alınıb.
Yerin 5 km dərinliyində baş verən zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4-3 bala qədər hiss olunub.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 05:25:37-də Şəkidə də zəlzələ baş verib. Zəlzələ Şəkidən 6 km şimali-şərqdə, yerin 9 km dərinliyində qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.