8 İyun 2020 01:36
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən ölkəmizin Bakı da daxil olmaqla, böyük şəhərlərinə tətbiq edilən sərt karantin rejimi başa çatır və vətəndaşların evdən çıxmasına qadağa ləğv edilir.

Teleqraf.com xəbər verir ki, artıq nəqliyyatın, o cümlədən metronun fəaliyyəti bərpa edilib. Eyni zamanda bütün iaşə və xidmət obyektləri, həmçinin ərzaq dükanları açılıb.

Qeyd edək ki, Operativ Qərargahın qərarı ilə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün həftə sonu - 6 iyun saat 00:00-dan 8 iyun saat 6:00-a qədər ölkənin böyük şəhərlərində ən sərt karantin rejimi tətbiq edilmişdi. Qadağanın bu həftəsonu da tətbiq ediləcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər