Türkiyədə Azərbaycan vətəndaşı saxlanılıb.
ANS PRESS-in məlumatına görə, İstanbulda Atatürk hava limanında telefon qaçaqmalçılığı ilə məşğul olan qrup saxlanılıb.
Belə ki, ikisi Türkiyə, biri isə Azərbaycan vətəndaşı olmaqla 3 nəfər hava limanından ölkəyə mobil telefonlar keçirmək istəyib. Telefonların sayı nə az, nə çox 2 min 154 ədəd olub.
Mobil telefonları çamadanlarda ölkəyə keçirmək istəyiblər. Lakin gömrük işçiləri onlardan şübhələnib və araşdırmalara başlayıb. Məlum olub ki, mobil telefonların hamısı qaçaqmal yolu ilə gətirilib.
Hər üç şəxs İstanbulda polis bölməsinə aparılıb