Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Teleqraf.com xəbər verir ki, Qriqoryan “səfəri” çərçivəsində Şuşada Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanla görüşüb.
Görüşdə cəbhə bölgəsindəki son durum və digər məsələlər müzakirə olunub.