17 İyun 2020 19:40
2 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Bu barədə Azərbaycan müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yayılan bu məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər