20 İyun 2020 16:25
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə parlamentin iki əməkdaşının virusa yoluxması “iki deputatın yoluxması” kimi təqdim edilir. Bu yanlış məlumatdır. Hazırda deputatlardan virusa yoluxan yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov son günlər sosial şəbəkələrdə adı çəkilməyən iki deputatın koronavirus pandemiyasına yoluxması ilə bağlı yayılan xəbərlər haqda danışarkən deyib.

O bildirib ki, Milli Məclisdə koronavirusa yoluxma halının olması ilə bağlı yayılan xəbərlər doğrudur:

“Lakin deputatlardan virusa yoluxan yoxdur. Yoluxanlar Milli Məclis Aparatının işçiləridir. Hazırda onlar nəzarət altındadır və müalicə alırlar. 18 iyun tarixində parlamentin növbədənkənar iclası keçirildi. İclas zamanı deputatlardan kiminsə virusa yoluxması ilə bağlı məsələ nə rəsmi, nə də qeyri-rəsmi müzakirə edildi”.

Deputat vurğulayıb ki, pandemiya ilə əlaqədar olaraq MM-də qabaqlayıcı işlər görülür:

“Parlamentin girişində xüsusi aparatlar ilə hərarət yoxlanılır. Bundan əlavə, deputatlar da daxil olmaqla, bütün işçilərdən tibbi maska və əlcək istifadə etmələri, şəxsi gigiyena qaydalarına diqqət yetirmələri tələb olunur. İclas zamanı sosial məsafə qorunur. Onu da deyim ki, hazırda deputatlar iclas zalında tək-tək oturur. Daha riskli yaş qrupuna aid edilən deputatlardan isə iclasda iştirak tələb olunmur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər