21 İyun 2020 09:05
2 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qagik Sarukyan çox kiçik adamdır. O, idmançıdır, armrestlinqlə məşğul olub. Yəni qolunun gücü ilə yarışan adamdır, bu idmançılar arasında vaxtilə dünya çempionu da olub. Sonra hökumətə yalmanıb, ona imkan veriblər ki, qazansın.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.

O qeyd edib ki, Sarukyan kazino tikib, qumar oynanılan zaman o ikili mühasibatlıq aparıb:

“Yəni gəlirin bir hissəsindən hökumətə vergi verib, bir hissəsini gizlədərək cibinə qoyub. Sonra çoxlu ticarət mərkəzləri tikib. Daha sonra hökumətə yaxınlığından istifadə edib erməni kəndlərinin üzümünü çox ucuz qiymətə, qiymətini öldürüb alıb və sair və ilaxır. Yəni adi bir oğru biznesmendir. Özü də yaxşı yeyib-içən oğlandır və ətrafında həmişə çoxlu adam olub. Onları dolandırıb, yemək-içmək verib. İdmançılara maşın bağışlayıb, növbəti il o maşınları əllərindən alıb səxavətli olduğunu camaata göstərmək üçün yenisini bağışlayıb. Robikə də, Serjikə də yalmanıb, onların vaxtında buna imkan veriblər ki, varlansın. Camaat onun adını “dod” qoyub. “Dod” ermənicə küt deməkdir”.

Zərdüşt Əlizaəd qeyd edib ki, Qagik Sarukyan 2015-ci ildə Serj Sərkisyanın üzünə ağ olmaq istəyib:

“Serjik onu məhv elədi. Açıq-aşkar dedi ki, mən mətbuata sənin adını “küt” yazmamağı qadağan etmişdim. Mən sənin partiyana – “Çiçəklənən Ermənistan”a parlamentə düşməyə imkan vermişdim, sən kimsən. Bununla da Qagik səsini xırp kəsdi və yerində oturdu. Sonra o, Nikol inqilabında neytral mövqe tutdu. Sonra bir ara yenə Nikola qarşı çıxdı. Sonra qorxdu, geri çəkildi. Ermənistan konstitusiyasına görə müxalifət mütləq parlamentdə yerlərin 30 faizinə malik olmalıdır. Nikol istəsəydi 80-90 faiz də səs yığardı. Amma daha indi konstitusiyaya görə, yerlərin 30 faizi müxalifətin olmalıdır, ona görə iki partiyaya imkan verdi ki, onlar bir yerdə 30 faizlik səs toplasınlar. Bu da gəlib parlamentdə sayca ikinci böyük fraksiyanın lideri oldu, parlamentdə oturdu. Nikol inqilabında xalqa verilən vədlərdən biri də ondan ibarət idi ki, bütün oğruları, korrupsionerləri, oliqarxları ifşa edib tutacaq. Bu da onlardan biridir. Keçmiş prezident Robik tez-tez tutulur-buraxılır. Onun korrupsiya işləri araşdırılır. Keçmiş prezident Serjik istintaq altındadır. Ona qarşı da cinayət işləri qaldırılır. Bəs buna qarşı niyə qaldırılmasın? O da xəbər tutanda ki, buna qarşı cinayət işləri qaldırılır və artıq 3 cinayət işi yekunlaşmaq üzrədir, başa düşdü ki, çətin olacaq. Ona informasiyalar gəlir – varlı adamdır, dostu-tanışı çoxdur. Həbsinə bir həftə qalmış buna çatdırıblar ki, bir azdan səni cəzalandıracaqlar. Onda qərara alır ki, məsələni siyasiləşdirsin və bəyanat verir ki, koronavirusla bağlı yaranmış vəziyyətə görə Nikol başda olmaqla bütün hökumət istefaya getməlidir. Bundan sonra təbii ki, bunu istintaqa çağırırlar. Bu deyir ki, görürsünüz mən Nikolu istefaya çağırdığım üçün məni tuturlar, bu siyasi işdir, mən cəsarət göstərərək baş nazirə dedim ki, rədd ol, vəzifəni tərk et. O da məni tutdurdu və sair”.

Z.Əlizadə qeyd edib ki, Ermənistanda hamı nə baş verdiyini bilir:

“Bunun böyük ticarət mərkəzi var. Oranın bütün işçilərini məcbur edib ki, gəlib istintaq idarəsinin qarşısında etiraz aksiyası keçirsinlər. Heç olmasa 200 nəfər olsun. Onlar da deyinirlər ki, gedib işləyib pul qazanırdıq, bizi gətirib burda avara ediblər və sair. Bax budur küt Qagik Sarukyan. Amma Ermənistan cəmiyyətində və siyasətində əksəriyyət bunlardan ibarətdir. Müstəqillik illərində bu cəmiyyətin, xalqın səviyyəsi qalxmaq əvəzinə tənəzzülə uğradı”.

Politoloq onu da bildirib ki, Qagik Sarukyan ad gününü qeyd etmək üçün təyyarə kirayə götürüb, təyyarəni dost-aşnası ilə doldurub Dubaya uçub: "Dubaydakı ən məşhur erməni restoranında ad günü keçirir. Xalq acından köpük qusur, bu isə kef içində yaşayır. Nikol təbii ki, pisdir, ermənidir, işğalı müdafiə edir. Amma Nikol həm də çalışır ki, rüşvətxorları cəzalandırsın”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər