22 İyun 2020 00:39
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli fəal Şahin Bərzgər “ictimai asayişi pozmaq” ittihamından bəraət qazanıb.

Teleqraf.com xəbər verir ki, milli fəalın işinə Təbriz şəhər Cinayətlər Məhkəməsində baxılıb. Bərzgər 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə Təbrizdə saxlanılmışdı. Milli fəal təxminən 100 gün İran kəşfiyyatının təcridxanasında saxlandıqdan sonra fevralın 24-də müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Təbriz şəhər Cinayətlər Məhkəməsində isə o, barəsində irəli sürülən ittihamdan bəraət alıb. Lakin Təbriz İnqilab məhkəməsində Bərzgərə qarşı qaldırılan digər iki ittihamla bağlı qərar verilməyib. O, həmçinin “rejimə qarşı təbliğat aparmaq” və “qanunsuz GAMAC təşkilatına üzv olmaq”da ittiham olunur. Şahin Bərzgər bundan əvvəl də Azərbaycan türklərinin demokratik və milli haqları uğrunda apardığı mədəni mübarizəyə görə İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Mənsur Rəğbətoğlu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər