30 İyun 2020 18:09
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası milli və beynəlxalq səviyyədə koronavirusla mübarizəyə öz dəstəyini göstərir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Dünya miqyasında koronavirusla bağlı vəziyyət ürəkaçan deyil. 10 milyondan artıq insan virusa yoluxub. Qarşıda dünya dövlətlərini nələrin gözlədiyi söyləmək çətindir. Koronavirus təkcə sağlamlıq və səhiyyə problemi kimi qəbul edilməməlidir. Bu virus dünya miqyasında çox böyük sosial, iqtisadi fəsadlarını göstərəcək" .

Onun sözlərinə görə, koronavirusdan əvvəl də yoluxucu xəstəliklər mövcud idi və hazırda koromavirus vəziyyəti daha da ağırlaşdırır: "1933-cü ildən sonra dünyanı beynəlxalq tənəzzül tendensiyası gözləyir. Dünya miqyasında 500 mindən artıq insan həyatını itirib".

Hikmət Hacıyev bildirib ki, koronavirus təhlükəsi aradan qalxmayana qədər biz təhlükəsiz olduğumuzu deyə bilmərik: "Dünya ölkələrində müəyyən yumşalmalar olsa da, yenidən sərt karantin rejimi tətbiq olundu. Ölkəmizdə koronavirusla mübarizə dövlət nəzarəti altındadır. Bu gün biz Qarabağ müharibəsi ilə yanaşı koronavirusla mübarizə aparırıq. Koronavirus müharibəsi hər bir vətəndaşın qarşısına böyük məsuliyyət qoyur"


Müəllif: Aysel Azad