4 İyul 2020 17:15
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq istirahətə gələn şəxslər barəsində qanunauyğun müvafiq tədbirlər görülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, şəxsi nəqliyyat vasitələri ilə İsmayıllı rayonu ərazisinə gələn şəxslər planşetlə yoxlanılıb və bəzilərinin icazəsiz gəldikləri müəyyən olunub.

Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Bu istiqamətdə tədbirlər İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən qarşıdakı günlərdə də davam etdiriləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər