5 İyul 2020 16:14
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən, 4 iyulda Şəmkir rayonu Aşağı Seyfəli kəndində karantin rejimi qaydaları pozularaq keçirilmiş yas mərasiminin din xadimi kimi Baxtiyar Vəliyev saxlanılmış, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnmişdir.

Teleqraf.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.

O qeyd edib ki Dövlət Komitəsi həmin şəxslə bağlı araşdırma aparmış, məlum olmuşdur ki, Bəxtiyar Vəliyev Şəmkir rayonu Yeni Həyat kəndində fərdi qaydada mollalıqla məşğul olur:

“Yəni o, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hər hansısa dini vəzifəyə təyin edilməmişdir. Ümumiyyətlə, bildirməliyəm ki, belə hadisələrin baş verməməsi üçün Dövlət Komitəsi QMİ və Rayon İcra Hakimiyyəti başçıları yanında fəaliyyət göstərən dini komissiyalarla müzakirələr aparır və maarifləndirmədirici tədbirlər həyata keçirir.

Eyni zamanda, bu məsələ QMİ-nin də diqqət mərkəzindədir. Hələ Nazirlər Kabineti yanında Operativ Qərargah yas mərasimləri ilə bağlı qərar verməmişdən öncə, bu ilin mart ayının 5-də ölkədə bu məsələ ilə bağlı fikirini açıqlamışdır.

Din xadimlərinə yas mərasimlərində və ehsan süfrələrində iştirak etməmək tövsiyə olunmuşdur. Bundan sonra da QMİ tərəfindən bir neçə dəfə oxşar bəyanat verilmişdir. Dövlət Komitəsində olan məlumatlara görə, rəsmi din xadimləri karantin rejimi qaydalarına riayət edirlər. Lakin təəssüflər olsun ki, belə qeyri-rəsmi şəxslər bunu fürsət bilib, şəxsi mənfəətləri üçün din xadimi adına yaraşmayan hərəkətlərə yol verirlər. Koronavirisun yayıldığı yerlərdən də birinin yas mərasimləri olduğu bilə-bilə insanların sağlamlığı təhlükə altında qoyurlar”. /trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər