6 İyul 2020 21:28
3 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin 360 kəndində artıq yaşayış yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə, Şərqi Azərbaycan valiliyinin kəndlər üzrə şöbəsinin müdiri Tağı Kərəmi məlumat verib.

Kərəmi Şərqi Azərbaycan əyalətinin 3077 kəndindən 2709 kəndində yaşayışın olduğunu bildirib.

İran hakimiyyətinin Azərbaycan türklərə qarşı yürütdüyün ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanda yaşayan əhali iqtisadi problemlərdən dolayı, öz yaşayış yerlərini tədricən tərk edir. İşləmək üçün fars bölgələrinə köçür. Bunun nəticəsində isə hər il onlarla Azərbaycan kəndi boşalır. Bu problem uzun illərdir ki, öz həllini tapmır.

Həmədan valiliyi 2016-cı ildə əyalətin 320 kəndinin boşaldığını açıqlamışdı. Qeyd edilmişdi ki, Həmədan əyalətində son illərdə əhalinin köç etməsi nəticəsində kənd sakinlərinin sayı 30 faiz azalıb.
Mənsur Rəğbətoğlu


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər