8 İyul 2020 20:39
1 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy və Göygöl rayonları xüsusi karantin rejiminin sərtləşdirildiyi rayonlar sırasına daxil edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejimini sərtləşdirilib.

Daha öncəki qərara əsasən, sərt karantin yalnız Goranboy və Göygöl şəhərlərinə aid idi. Bu gün verilən qərara əsasən isə, sərtləşdirilmiş xüsusi karantin rejimi hər iki rayonun bütün ərazisinə aid olub.

Qeyd edək ki, qeyd olunan şəhər və rayonlarda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər