BMT-nin saytında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə start götürmüş Baş Assambleyanın 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub.
Teleqraf.com xəbər verir ki, gündəliyə 7 bənd daxildir.
1. Baş Assambleyanın 74-cü növbəti sessiyasının sədrin nümayəndə heyəti tərəfindən açılışı.
2. Dua və ya düşünməyə həsr olunmuş bir dəqiqəlik sükut.
3. Baş Assambleyanın xüsusi sessiyasında nümayəndələrin səlahiyyətləri:
a) Səlahiyyətlərin yoxlanılması komitəsinin üzvlərinin təyin olunması;
b) Səlahiyyətlərin yoxlanılması komitəsinin məruzəsi.
4. Sədr və digər səlahiyyətli şəxslərin seçilməsi.
5. Gündəliyin təsdiq olunması.
6. Sessiyanın təşkili.
7. Ümumi müzakirələr.
Qeyd edək ki, Azərbaycan rezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş video-konfrans formatında xüsusi sessiyasının çağırılması təşəbbüsünə BMT Baş Assambleyasının Prosedur Qaydalarına uyğun olaraq tələb olunandan da əhəmiyyətli sayda artıq dövlət tərəfindən dəstək bildirilib.
BMT-nin Baş Katibi 30 iyun 2020-ci il tarixində bütün üzv dövlətlərə nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini və Baş Assambleyanın 31-ci xüsusi sessiyasının cari ilin 10 iyul tarixində çağırılacağını bildirib.
Baş Assambleyanın 74-cü sessiyasının sədrinin təmsil edən Nigeriyanın nümayəndə heyətinin rəhbəri xüsusi sessiyanın müvəqqəti sədri qismində çıxış edəcək.