14 İyul 2020 01:36
2 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutublar.

Teleqraf.com xəbər verir ki, “Vaad L`Hatzolas Nidchei Yisroel” Yəhudi humanitar təşkilatının bəyanatında belə deyilir.

"Buna adekvat cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusu həlak olub, beşi isə yaralanıb.

Baş idarəsi ABŞ-ın Nyu York şəhərində yerləşən “Vaad L`Hatzolas Nidchei Yisroel” Yəhudi humanitar təşkilatı Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməlini kəskin şəkildə qınayır və Ermənistan tərəfindən törədilən hazırkı hadisəni təcavüz, güc tətbiq etmək aktı və növbəti təxribat hadisəsi kimi dəyərləndirir.

Hesab edirik ki, hazırkı gərginləşməyə görə məsuliyyət tam olaraq Ermənistan rəhbərliyinin üzərinə düşür", - bəyanatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər