İki gündür Azərbaycan Silahlı Qüvvələrindən ağır zərbələr alan Ermənistan öz çarəsizliyini etiraf edib.
Teleqraf.com xəbər verir ki, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan açıqlamasında ölkəsinin öz müttəfiqinə güvəndiyini bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhədlərindəki gərginliyin həlli üçün Rusiyanın vasitəçilik səylərinə arxalanır:
“Rusiya Federasiyası prezidentinin mətbuat katibinin bir bəyanatı oldu və dünən Xarici İşlər Nazirliyi bir bəyanat yaydı. Rusiya orada baş verənləri dayandırmaq üçün vasitəçilik səyləri edə bilər”.
Vardan Toqanyanın sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədlərində vəziyyət yaxşı deyil.