14 İyul 2020 20:41
4 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dövlət televiziyasının “Kanal 1”in xəbərlər proqramında Azərbaycana qarşı təxribata yol verilib.

Teleqraf.com xəbər verir ki, xəbərlər proqramının növbəti buraxılışında aparıcı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini “erməni ərazisi” adlandırıb.

“Azərbaycan Republikası ilə Ermənistan arasındakı münaqişənin başlanması 1990-cı illərin əvvəllərinə, yəni hər iki ölkənin SSRİ-dən ayrıldığı dövrə təsadüf edir. Həmin dövrdə ermənilərin kompakt yaşadığı Qarabağ Azərbaycanın tərkibində idi. Lakin SSRİ-nin dağılmasından sonra Ermənistan Qarabağa nəzarəti öz əlinə aldı və o vaxtdan etibarən iki ölkə arasında ara-sıra toqquşmalar baş verir”, aparıcı iddia edib.

Proqram ərzində bir dəfə olsun işğal sözünü dilə gətirməyən aparıcı Ermənistanı Qarabağın “əsl sahibi” kimi tamaşaçılara təqdim etməyə çalışıb.

Qeyd etmək lazımdır ki, İran Ermənistana dəstək göstərən başlıca ölkələrdən biridir. Nə iranlı rəsmilər, nə də İran rejiminin media orqanları heç vaxt Qarabağın işğal faktını dilə gətirmirlər.
Videonu təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər