Cəbhədə çoxlu sayda erməni hərbçisinin məhv edildiyinə dair məlumatlar öz təsdiqini tapmaqdadır.
Teleqraf.com xəbər verir ki, Tovuz istiqamətində öldürülmüş erməni hərbçisi Kaytsakov Slavikin adı rəsmi açıqlanan siyahıda olmasa da, sosial şəbəkələrdə onun fotosu paylaşılıb.
Araşdırmalar zamanı məlum olub ki, məhv edilən azı 4 erməni hərbçinin adları siyahıda yoxdur.
Bu faktlar Azərbaycan Ordusunun əks-zərbələri nəticəsində xeyli sayda erməni hərbçisinin öldürüldüyünə və Ermənistanın real canlı qüvvə itkilərini gizlətdiyinə dair deyilənləri bir daha təsdiq edir.