
Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub.
***
09:21
Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində şiddətli döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov II Fəxri Xiyabanda dəfn olunur.
Teleqraf.com xəbər verir ki, dəfn mərasimində Prezident Administrasiyasının, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirlər.
Xiyabanda orkestrin ifasında dövlət himni səsləndirilib, havaya yayılım atəşi açılıb.
Foto: Ceyhun Rəhimov
Video: Pərviz Həşimi