Qəhrəman şəhidlərimizin qanı yerdə qalmayacaq, Ali Baş komandanın rəhbərliyi altında yaxın zamanlarda tarixi torpaqlarımıza qayıdacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri ehtiyatda olan mayor Fuad Mirzəyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimində deyib:
"İlqar Mirzəyev çox ciddi, həddindən artıq zəhmli komandir idi, amma 5 gün əvvəl zəng etdi. Xeyli deyib-güldük, dünənsə ağlatdı bizi. Onlar ölməyiblər, bizim ürəyimizdədilər.
İlqar Mirzəyev çox savadlı insan idi, hazırda orduda layiqli davamçıları var".