17 İyul 2020 08:25
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ABŞ-ın paytaxtı Vaşinqton şəhərindəki səfirliyinin binası qarşısında etiraz aksiyası təşkil olunub.

Teleqraf.com xəbər verir ki, aksiyada Azərbaycan icmalarının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər.

Aksiyaçılar əllərində Azərbaycan və Türkiyənin bayraqları ilə səfirlik binasının önünə doğru yürüş ediblər. “İşğalı dayandır”, “Ar olsun Ermənistana”, "Qarabağa Ədalət", “Qarabağ Azərbaycanındır” şüarlarını yazıldığı plakatlarla səfirlik binasının önündə toplaşan yüzlərlə həmyerlimiz Amerika ictimaiyyətini baş verən ədalətsizliyə susmamağa çağırıb.

Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatları barədə ABŞ ictimayyətinə məlumat verilib.

Etirazçılar qəsbkar Ermənistanın davam etdirdiyi təxribatları dərhal dayandırmasını, Azərbaycan torpaqlarında işğala son qoymasını tələb ediblər.

Aksiyanın sonunda bəyanat oxunub və sənədin bir nüsxəsi işğalçı ölkənin səfirliyinin binasının qapısına vurulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər