17 İyul 2020 09:46
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi İranın Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, Ərdəbil əyalətini ziyarət edən Seyyid Abbas Azərbaycanla Ermənistan arasındakı münaqişədən kədərləndiyini ifadə edib.

O, bölgənin yeni bir gərginliyə hazır olmadığını və qarşıdurmanın tərəflərə fayda verməyəcəyini bildirib: “Münaqişə xəbəri alanda Prezident Aparatı meneceri iki ölkənin səlahiyyətliləri ilə görüşüb. Həmçinin İran Xarici İşlər naziri iki ölkədən olan həmkarlarına zəng edib.

İrana görə, regional problemlər, xüsusən də Azərbaycan və Ermənistan arasında olan münaqişə müəyyən bir danışıqlar çərçivəsində həll edilməlidir. İran vasitəçiliyə hazır olduğunu bildirib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər