18 İyul 2020 13:40
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran bir daha Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə azərbaycanlı həmkarını Ceyhun Bayramov arasında telefon danışığı olub.

Məhəmməd Cavad Zərif yeni təyinat münasibəti ilə Ceyhun Bayramovu təbrik edib və ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Zərif Azərbaycan və Ermənistan arasındakı qarşıdurmada həlak olan hərbçilərin vəfatından kədərləndiyini deyib. O, bir daha İranın Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər