18 İyul 2020 16:54
371

Rusiya Federasiyasının Azərbaycanda olan həkimlərinin bir qrupu Sumqayıta gəlib.

Teleqraf.com xəbər verir ki, rusiyalı mütəxəssislər Sumqayıtda COVID kimi fəaliyyət göstərən şəhər 1 saylı xəstəxanasına cəlb olunub. Onların arasında anestezioloq–reanimotoloq və ixtisaslaşdırılmış tibb bacıları var.

Rusiyalı həkimlər yerli həmkarları ilə birgə COVID-19-a yoluxan xəstələrin müalicəsində iştirak edirlər. Xəstəxanada fəaliyyət göstərən 10 və 15 çarpayılıq reanimasiya və intensiv terapiya şöbələri birləşdirilib.

TƏBİB xəstəxananın reanimasiya şöbəsinin müasir tibbi avadanlıqlarla təchizatını diqqətdə saxlayır.


Müəllif: Teleqraf.com