Son sutka ərzində Ermənistanda daha 415 nəfər koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 34 min 877 nəfərə çatıb.
Son 24 saat ərzində Ermənistanda daha 10 nəfər pandemiyanın qurbanı olub. Koronavirusdan ölənlərin sayı isə 641 nəfərə yüksəlib.
Hazırda Ermənistanda 10 min 737 nəfər aktiv koronavirus xəstəsi var. Koronavirusla bağlı ümumilikdə 146 min 717 test aparılıb.