19 İyul 2020 19:16
7 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilərin yalanlarına bu dəfə Suriyanın və İraqın şimalında fəaliyyət göstərən PKK terror təşkilatının “Fırat” informasiya agentliyi də qatılıb.

“Fırat” yalan yayaraq bəyan edib ki, sən demə, Türkiyə Suriyadakı yaraqlıları Azərbaycana yollamağa hazırlaşır.

Bu cür absurd xəbəri bir müddət öncə Rusiyanın nüfuzlu TASS agentliyi yaymışdı. Həmin məlumat agentliyin saytında artıq yoxdur, silinib. TASS sözügedən məlumatı təkzib edən xəbər yayıb. Təbii ki, xəbərin saytdan götürülməsi və təkzibin səbəbləri olub”.

Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.

Jurnalist Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın səsləndirdiyi son fikirlərə də diqqət çəkib:

“Şuşan yenə yuxusunu danışaraq bəyan edib ki, sən demə, Ermənistan hərbçiləri Tovuz rayonunda Azərbaycanın 3 tankını vurublar: “Zirehli texnika Ermənistan istehsalı olan döyüş PUA-ları vasitəsilə vurulub”.
Ermənistan XİN-nin mətbuat katibi Anna Nağdalyan da Şuşana qoşulub iddia edib ki, guya erməni hərbçilər Azərbaycan ordusunun “Hermes 900 BC” PUA-sını vurublar, “SkyStriker” PUA-sını isə tutublar. Şübhəsiz ki, Stepanyanla Nağdalyanın dedikləri yalandır. Ermənistanda zirehli texnikanı vura biləcək PUA-lar istehsal edilmir. Ermənilərin təriflədikləri və “kamikadze dron” adlandırdıqları ”dron” əslində kvadrokopterdir, 2 RPQ-6 qaldırır, 30 km uçur. Hazırda Ermənistan ordusunda olan hərbi təyinatlı PUA-lar, yəni dronların siyahısı budur - onların istisnasız olaraq hamısı Rusiya istehsalıdır – “Altair”, “Vityaz”, “Berkut”, “Qranat-2”, “ZALA 421-02X”, “ZALA 421-04M”, “DELTA-M”, “Merlin-21b”, “Oxotnik-U”, “Orlan-10”.

Bu dronların heç biri Azərbaycanda olan dronlar arasındakı ən “zəif”i sayılan “Harop”la belə, müqayisə oluna bilməz. Bizdə digər dronlar var ki, onları burada sadalamaq istəmirəm və belə niyyətim də yox. 2016-cı ildəki aprel döyüşlərində ermənilərin canlı qüvvəsi və texnikasını Azərbaycanın dronları məhv edəndə İrəvan təşvişdə idi və öz pilotsuz döyüş aviasiyasını yaratmaq fikrinə düşmüşdü. Ötən il belə “nou-hau”lardan biri Azərbaycan ordusunun mövqelərinin üzərində peyda olmuş və “hucum” etmişdi. Adi kvadrokopter idi, 82 mm-lik minanı atdı, rədd olub getdi. Mina da səngərlərimizdən 800 metr aralıya düşmüşdü. Çində istehsal edilmiş adi “DJI Mavic Air 2 Fly More Combo” kvadrokopteri idi: maraqlan hər kəs Google-da axtarış verib bu balaca, uçan dranduletin qiymətini öyrənə bilər”.

Elçin Alıoğlu iyulun 12-də Tovuz istiqamətində döyüşlər başlayandan sonra Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatdan danışıb:
“Nazirlik iddia etdi ki, “Azərbaycana qarşı yerli müdafiə sənayemizin istehsalı olan 2 tip effektiv döyüş PUA-larından istifadə edirik. Hədəflər müdafiə məntəqələri, artilleriya qurğuları, nəqliyyat vasitələri, canlı qüvvə və zirehli texnikadır”.

Maraqlıdır ki, bu debiloidlər harada, nə zaman və necə döyüş PUA-sı istehsal ediblər? Üstəlik, zirehli texnikanı sıradan çıxara biləcək PUA: dünyada az ölkədə belə döyüş vasitəsi var. Qısa araşdırma göstərdi ki, Ermənistan Müdafiə Nazirliyinin bəhs etdiyi “döyüş PUA-ları” Çində istehsal olunan, onlayn satış platformalarında hər kəsin sifariş verib ala biləcəyi kvadrokopterlərdir.

Onlardan biri “DJI Inspire 2”dir. 27 saat havada qala bilir. Ermənilər bu kvadrokopterə Rusiya istehsalı olan bir RPQ-28 əl qumbaratanı bərkidərək “döyüş PUA-sı” ediblər. İkincisi isə yenə də Çin istehsalı olan “Megadrone VTOL HAWK” “PUA”sıdır. Bu qurğu 60 dəqiqə havada qala bilir. İrəvanda “Megadrone VTOL HAWK”dakı”"Sony RX0/QX-30/RX100” kamerasını çıxararaq 2 RPQ-32 əlavə ediblər.

Ermənistanın bu “PUA”larının nə GPS modulları (“RTK Here+” tipli modullar Azərbaycan ordusundakı radioelektron mübarizə vasitələri (REB) vasitəsilə asanlıqla sıradan çıxarılır), nə də telemetriyaları (“RFD868” tipli telemetriya döyüş PUA-sı üçün sadəcə, rüsvayçı texniki göstəricidir), nə uçuş yüksəkliyi (150-500 metr) hərbi əməliyyatlarda effektiv istifadə üçün yararlıdır. Onlar ən yaxşı halda kəşfiyyat-müşahidə uçunları üçün istifadə oluna bilər. Ən başlıcası isə kvaddrokopterə əl qumbaraatanı quraşdırmaqla o, döyüş PUA-sı olmur, ola da bilməz. Çünki Rusiya istehsalı olan əl qumbaraatanından (RPQ) istifadə zamanı əsgər onu çiyninə sıxır. Silahın reaktiv şırnağı isə elədir ki, həmin an arxada duran adamı öldürə bilər.

İndi təsəvvür edin: erməni kvadrokopteri səmadadır, ona quraşdırılmış RPQ-dən atəş açılır. Belədə reaktiv şırnaq kvadrokopteri hara atar və belə atışdan sonra RPQ mərmisi hansı tankı sıradan çıxara bilər? Erməni hərbi mühəndislər hələ də dərk etmirlər ki, əgər adi tibbi şprisin porşenini sıxsan və çıxan maye şırnağını divara yönəltsən, reaktiv təkan yaranır. Səmada uçan, vibrasiya edən aparata quraşdırılmış RPQ-dən atəş açılanda öndən çıxan mərmi və arxadan çıxan reaktiv şırnaq, üstəlik külək və hava axınları - hansı “zərbə”dən danışmaq olar?!

Sonda onu da deyim ki, Tovuz rayonunda, Ermənistanla bilavasitə sərhəddə, döyüh mövqelərində tanklarımız yoxdur. Onlar bir qədər “içəri”dədir. Həmin tanklardan isə vurulanı yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər