19 İyul 2020 20:29
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Milli Qəhrəmanı Riyad Əhmədovun qızı Farizə Əhmədova Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Baş Ofisi qarşısında bəyanatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanlıların Koordinasiya Şurası tərəfindən keçirilən izdihamlı aksiyada çıxış edən F.Əhmədova diqqəti bu ilin iyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrimin növbəti hərbi təxribatına, azərbaycanlı dinc sakinlərin öldürülməsinə və illərdir bu təxribatların vaxtaşırı davam etməsinə yönəldib.

Milli Qəhrəmanın qızı bildirib ki, məhz Ermənistanın işğalı, təcavüzü nəticəsində minlərlə azərbaycanlı uşaqlardan biri kimi o da 90-cı illərin əvvəlində atasını itirib: "30 ildir ki hələ də Ermənistan işğalı davam etdirir və hələ də vaxtaşırı azərbaycanlı uşaqları məni kimi atasız qoyur. Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 28 ildir qəbul etdiyi 4 qətnamə hələ də yerinə yetirilmir.

Biz azərbaycanlılar BMT kimi nüfuzlu bir təşkilatı bu özbaşınalığın qarşısını almağa, işğal faktına, bu təxribatlara nəhayət son qoyulmasında qəti addımlar atmağa çağırırıq".

Soydaşlarımızın keçirdiyi aksiyanın bəyanatı ofisə təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər