Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Azərbaycan-Ermənistan sərhədində yaşanan son hərbi təcavüz aktı ilə bağlı bir daha açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, İbrahim Kalın NTV-yə müsahibəsində bildirib ki, Azərbaycanı təzyiq altında saxlamaq istəyirlər: "Diqqətdə olan əsas məsələ işğaldır, Ermənistanın Dağlıq Qarabağı işğalına son qoymaqdır.
Bu məsələdə Azərbaycanın yanında olduğumuzu çox açıq və qəti şəkildə bildirmək istəyirik. Azərbaycanla hərbi əməkdaşlığımız onsuz da var..."