20 İyul 2020 16:57
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeniyetmələrdə və 10-19 yaş qrupundakı uşaqlarda koronavirusunun yayılma sürəti, azyaşlı uşaqlara nisbətən daha yüksəkdir.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Koreyanın Epidemik Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi çıxış edib.

Uşaqlarda daşıyıcılıq və yoluxma nisbətinə fokuslanan mütəxəssislər 10-19 yaş aralığına xüsusi diqqət çəkiblər.

Mütəxəssislər 5 min 706 koronavirus xəstəsini və onlarla təmasda olan 59 min 773 insanı nəzarətə alıblar. Təmasda olanların 10 min 592-nin eyni evdə yaşadığı və bu insanların 11,8 faizində koronavirus olduğu aşkarlanıb. Eyni evdə yaşamayan 48 min 481 nəfərdə isə bu nisbətin 1,9 faiz olduğu müəyyənləşib.

10 yaşdan aşağı xəstələrin eyni evdə təmasda olduğu insanların 5.3 faizində koronavirus çıxıb. 10-19 yaş arası xəstələrdə bu nisbət 3 dəfədən çox artaraq 18,6 faiz müəyyən olunub.

Harvard Qlobal Sağlamlıq İnstitutu direktoru Aşiş Ca nəticələri şərh edib: "Bu, bir çox araşdırmadan yalnız biridir. Ümumi baxış azyaşlı uşaqların xəstəliyi daha az yayması yönündədir. Yetkinlik yaşına çatan uşaqlarda yoluxmaya meyl nisbətən böyük yaşlı uşaqlara bənzəyir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər